...

AŞ və AK arasında birgə əməkdaşlıq proqramının rəhbər orqanı komitəsinin ilk görüşü keçiriləcək

Dünya xəbərləri Materials 5 İyul 2006 10:49 (UTC +04:00)

İyulun 5-də Avropa Şurası və Avropa Komissiyası arasında "Ukraynada və Cənubi Qafqaz ölkələrində demokratik proseslərə yardım" birgə əməkdaşlıq proqramının rəhbər orqanı komitəsinin ilk görüşü keçiriləcək. AŞ-nin Tiflis ofisindən KAVKAZ-PRESS-ə verilən məlumata görə, görüş "Ambasadori" mehmanxanasında keçiriləcək.

Görüş iştirakçıları proqramın regionda həyata keçirilmə prosesini, onun təsirini və gözlənilən nəticələri müzakirə edəcək. Proqramın gerçəkləşdirilməsinə 1995-ci ildə Ukraynada, 1999-cu ildə isə Azərbaycan, Ermənistan və Gürcüstanda başlanıb.

Proqramda əsas hüquqlara əməl olunması üzrə səmərəli mexanizmin yaradılması, Avropa ölkəsinin nümunəsinə uyğun olaraq demokratiya prinsiplərinin tətbiqi, adları çəkilən ölkələrdə demokratik institutların hərtərəfli möhkəmləndirilməsi nəzərdə tutulur.

Trend in xəbər verdiyi kimi, görüşdən sonra saat 17.00-da mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti