...

Avropa İttifaqı Qazaxıstan qanunvericiliyində KİV məsələləri üzrə qəbul edilmiş düzəlişlərin nəticələrindən narahatdır

Dünya xəbərləri Materials 10 İyul 2006 19:18 (UTC +04:00)

Avropa İttifaqı Qazaxıstan qanunvericiliyində KİV məsələləri üzrə qəbul edilmiş düzəlişlərin nəticələrindən narahatdır.

"Biz bu düzəlişlərin qəbul olunması ilə əlaqədar Qazaxıstanda mətbuat və söz azadlığı üçün narahatıq. Və biz Qazaxıstan KİV-lərinin düşdüyü vəziyyətə nəzarət edəcəyik", - deyə Avropa İttifaqının iyulun 6-da verdiyi bəyanatda qeyd olunub.

Trend in verdiyi xəbərə görə, Avropa İttifaqı rəhbərliyinin fikrincə, Qazaxıstan tərəfindən qəbul olunmuş düzəlişlər ATƏT-in sədri vəzifəsinə iddia edən "Qazaxıstanın öz üzərinə götürdüyü öhdəliklərə ziddir".

Əvvəllər qeyd olunduğu kimi, Mədəniyyət və informasiya nazirliyi tərəfindən hazırlanmış, qısa müddətdə parlament tərəfindən qəbul olunmuş və prezident tərəfindən imzalanmış "Kütləvi informasiya vasitələrinin məsələləri üzrə QR-nin bəzi qanunvericilik aktlarında dəyişiklik və əlavələrin edilməsi haqqında" qanun nəinki yalnız respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri, həm də beynəlxalq təşkilatlar tərəfindən qəti etiraza səbəb olub. Jurnalistlər cəmiyyətində bu düzəlişləri "mürtəce" düzəliş adlandırırlar. Xarici təşkilatların nümayəndələri hesab edirlər ki, düzəlişlər Qazaxıstanda söz azadlığının inkişafına mane olur. O cümlədən, qanun normalarına əsasən, günahı ucbatından KİV-in efirə çıxması məhkəmə qərarı ilə qadağan olunmuş şəxslərin üç il ərzində baş redaktor seçilməsi qadağan olunur. Bundan başqa, bu düzəlişlərlə kütləvi informasiya vasitələrinin uçota alınmasına görə rüsumun alınmasını müəyyən edən normalar mövcud qanunvericiliyə daxil edilib. Əgər rüsum ödənilməzsə və ya eyni adlı v

ə istiqamətli nəşriyyat uçota alınmasını istəyərsə, o zaman kütləvi informasiya vasitəsi uçota alınmır.

Ofisi Nyu-Yorkda yerləşən qeyri-hökümət təşkilatı - Jurnalistlərin müdafiəsi üzrə komitə, Dünyada azadlığın yayılmasını dəstəkləyən müstəqil özəl təşkilat - Freedom House, dünyada 500 min üzvü birləşdirən Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq qəzet assosiasiyası, Beynəlxalq redaktorlar forumu və b. artıq bu qanunun qəbul olunması ilə bağlı narahat olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti