...

Neft kəməri ilə ilk neft Qazaxıstandan Çinə çatdırılıb

Dünya xəbərləri Materials 12 İyul 2006 14:07 (UTC +04:00)

Qazaxıstandan Çinə Atasu-Alaşankou neft kəməri ilə tədarük edilən neft boru kəmərinin açılışından altı ay sonra Çin istehlakçılarına çatıb.

Neft tədarükünün ləngiməsi gömrük sahəsindəki fikir ayrılıqları ilə bağlı idi.

Trend in verdiyi xəbərə görə, bununla əlaqədar, gözlənildiyi kimi, Qazaxıstandan Çinə neft tədarükünün həcmi bu il planlaşdırılmış həcmdən 4,5 milyon ton az və ya Çinin ümumi neft idxalından dörd faiz az olacaq.

800 milyon dəyərində və 960 kilometr uzunluğunda neft kəməri üzrə 2007-ci ilə qədər Çinə sutkada 200.000 barel neft daxil olmalıdır. İndiyədək Çin dəmir yolu vasitəsilə sutkada 45.000 barel həcmində qazax nefti ixrac edib.

Xəbər lenti

Xəbər lenti