...

Gürcüstan xarici işlər naziri: Gürcüstan ərazisindəki münaqişələri güc yolu ilə həll etmək niyyətində deyil

Dünya xəbərləri Materials 28 İyul 2006 16:49 (UTC +04:00)

Gürcüstan ərazisindəki problemləri güc yolu ilə həll etmək niyyətində deyil. Bu barədə Gürcüstan xarici işlər naziri Gela Bejuaşvili hökumətin iclasından əvvəl bildirib.

"Mən tam məsuliyyətlə bəyan edə bilərəm ki, Gürcüstanın bu problemləri güc yolu ilə həll etmək niyyətində olması barədə rusiyalı həmkarım Sergey İvanovun ittihamları əsassızdır" - deyə o qeyd edib. G.Bejuaşvili bildirib ki, Kodor dərəsindəki antikriminal əməliyyatı tərəfdaşları xəbərdarlıq etməklə həyata keçirilib. "Hamı Gürcüstanın Kodor dərəsində nə etdiyini anlayır. Gürcüstan beynəlxalq sazişləri pozmur. Biz hamıya izah etmişik. Əməliyyat zamanı Rusiyanın özünə belə daim məlumat verilib ki, dezinformasiyanın yayılmasının qarşısı alınsın" - deyə o vurğulayıb. Bu barədə Trend "Kavkaz-press"ə istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti