...

"Kazatomprom"un rəhbəri: Qazaxıstan uranı Anqar elektroliz-kimya kombinatında zənginləşdirməyi planlaşdırır

Dünya xəbərləri Materials 1 Avqust 2006 19:00 (UTC +04:00)

Qazaxıstan uranı Anqar elektroliz-kimya kombinatında zənginləşdirməyi planlaşdırır. Bu barədə jurnalistlərə "Kazatomprom" SC-nin prezidenti Muxtar Cakişev bildirib. Ehtimallara görə, əsas zavod Anqarda yerləşən elektroliz-kimya kombinatıdır, çünki zavodun infrastrukturunu genişləndirmək mümkündür. Onun sözlərinə görə, bütün istehsal olunan məhsul ixracata gedəcək.

Uranın izotop zənginləşdirilməsi üzrə Rusiya-Qazaxıstan birgə müəssisəsinin yaradılması haqqında memorandum 2006-cı il iyulun 26-da "Kazatomprom" ilə "Texsnabeksport" (Rusiya) arasında imzalanıb. Bu barədə Trend "RBK"ya istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti