...

Türkiyə şirkəti Aşğabadda 15 mln. dollarlıq yaşayış evi tikəcək

Dünya xəbərləri Materials 2 Avqust 2006 15:44 (UTC +04:00)

2007-ci ilin dekabrında Türkmənistan paytaxtı Aşğabadın mərkəzi küçələrinin birində 15 mln. dollar dəyərində mənzillərin təkmilləşdirilmiş planlaşdırılması və yeraltı qarajı olan yeni yaşayış evi istismara veriləcək.

"Turkmenistan.ru" xəbər verir ki, müvafiq qərar prezident Saparmurat Niyazov tərəfindən imzalanıb.

Sənədə əsasən, heyvandarlıq malları üzrə səhmdar cəmiyyətlərinin "Turkmənmalları" adlı Assosiasiyasına Türkiyənin "Sehil İnşaat Endustri ve Ticaret Limited şirketi" ilə 12 mərtəbəli evin layihələşdirilməsi və tikintisi haqqında müqavilə imzalamağa icazə verilib. Yeni tikilidə ticarət və sosial-məişət obyektləri də fəaliyyət göstərəcək. Ətraf ərazi isə abadlaşdırılacaq və yaşıllaşdırılacaq. Sazişin ümumi dəyəri ƏDV nəzərə alınmaqla 14 mln. 956 min 500 dollar təşkil edəcək.

Müqavilə "Turkmənmalları" Assosiasiyasının öz vəsaitləri və mənzillərin satışından əldə olunan vəsaitlər hesabına həyata keçiriləcək. Bu barədə Trend xəbər verib.

Xəbər lenti

Xəbər lenti