...

Ukrayna Gürcüstanın Kodor dərəsində apardığı xüsusi əməliyyatı dəstəkləyib

Dünya xəbərləri Materials 2 Avqust 2006 18:39 (UTC +04:00)

Ukrayna Gürcüstanın Kodor dərəsində xüsusi əməliyyat aparmasını ölkədə qanuniliyin bərpası üzrə siyasətin davamı hesab edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib. "Ukrayna Gürcüstanın bu bölgədə xüsusi əməliyyat keçirməsi ilə əlaqədar Kodor dərəsindəki hadisələrin gedişatını diqqətlə izləyir", - deyə məlumatda qeyd olunub.

Ukrayna tərəfi bunu qanuniliyin, asayişin bərpası və mütəşəkkil cinayətlə mübarizə üzrə gürcü rəhbərliyinin ardıcıl siyasətinin davamı kimi gözdən keçirir. "Ümid edirik ki, Kodor dərəsindəki əməliyyat Abxaziyada (Gürcüstan) münaqişənin tənzimlənməsi, Gürcüstanın ərazi bütövlüyünün və müstəqilliyinin, eləcə də onun dövlət sərhədlərinin möhkəmliyinin təmin edilmə prinsiplərinə riayət olunma əsasında onun sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin davam etdirilməsində özünü göstərməyəcək", - deyə məlumatda qeyd olunub. Bu barədə Trend Kavkaz-press-ə istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti