...

ABŞ Senatının komitəsi Riçard Hoqlandın Ermənistandakı səfir vəzifəsinə təsdiqini yenə təxirə salıb

Dünya xəbərləri Materials 2 Avqust 2006 18:52 (UTC +04:00)

Riçard Hoqlandın (Richard E.Hoagland) namizədliyinin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təsdiq olunması ABŞ Senatının xarici əlaqələr üzrə komitəsi tərəfindən yenə təxirə salınıb.

Amerikadakı Erməni Assambleyasından Mediamaks-a verilən xəbərə görə, senatorlar Cozef Biden (Joseph Biden) və Con Kerrinin (John Kerry) təklifi ilə Komitənin sədri Riçard Luqar (Richard Lugar) bu məsələnin baxılmasını Komitənin sentyabrda keçiriləcək növbəti iclasına saxlayıb.

Riçard Hoqlandın namizədliyinin ABŞ Senatının xarici əlaqələr üzrə Komitəsi tərəfindən ABŞ-ın Amerikadakı səfiri vəzifəsinə təsdiq edilməsi artıq ikinci dəfə təxirə salınır. Trend in verdiyi xəbərə görə, birinci dəfə Komitə səsvermənin təxirə salınmasına 5 iyul 2006-cı ildə qərar verib.

Xəbər lenti

Xəbər lenti