...

Asiya qitəsində idmanın inkişaf məsələləri Aşqabadda müzakirə olunub

Dünya xəbərləri Materials 4 Avqust 2006 16:19 (UTC +04:00)

Asiyanın Olimpiya Şurasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü şeyx Əhməd Əl Fəhad Əl-Sabahın sədrliyi altında "Qrand-otel"in konfrans zalında İcra komitəsinin (OCA) 46-cı iclası keçirilib. İclasda Asiya qitəsində, ilk növbədə, Mərkəzi Asiya bölgəsi dövlətlərində olimpiya hərəkatının əsas məsələləri gözdən keçirilib. Bununla əlaqədar OCA-nın mövcud komitə rəhbərlərinin ötən dövr ərzindəki işlərin yekunu və idman əməkdaşlığının perspektivləri haqqında hesabatları dinlənilib. Əsas diqqət 2006-cı ildə keçiriləcək Doxa şəhərində (Qətər) XI Asiya oyunlarının, Çanqçunda (Çin) II qış Asiya oyunlarının və qapalı şəraitdə Makao-2007 (Çin) II Asiya Oyunlarının keçirilməsinin hazırlıq məsələlərinə yönəldilib. Asiya bölgəsinin müxtəlif ölkələrində Olimpiya hərəkatının gələcək tərəqqisini stimullaşdıracaq bir sıra qərarlar qəbul olunub.

Türkmənistanın Milli Olimpiya Komitəsindən verilən xəbərə görə, OCA ildə iki dəfə İcra komitəsinin iclasını və ildə bir dəfə OCA-nın 45 üzv-ölkəsinin Milli Olimpiya Komitələrinin rəhbərlərinin iştirakı ilə Baş Assambleyanın iclasının keçirir. Türkmənistanın Asiyada Olimpiya hərəkatının inkişafına verdiyi töhfənin qəbul edilməsinin əlaməti olaraq OCA İcra komitəsinin 46-cı iclasının keçirilmə yeri yekdilliklə Aşqabad seçilib.

Xəbər lenti

Xəbər lenti