İstanbulun turist məhəlləsində bu gün partlayış baş verib. "Si-en-en-Türk" telekanalının xəbər verdiyi kimi, zərərçəkən yoxdur.
Trend in xəbər verdiyi kimi, bomba məşhur Sultanəhməd məscdinin girişinin yaxınlığındakı skamyanın altına qoyulub. İnsidentin baş verdiyi əhalinin gur olduğu məhəllədə çaxnaşma yaranıb. Polis dərhal hadisə yerini mühasirəyə alıb, istintaq aparılır.
Bazar ertəsi Sultanəhməd meydanında partlayıcı qurğu işə salınıb. Terror aktı nəticəsində üç nəfər yaralanıb. Bu barədə İTAR-TASS xəbər verib.
Elə həmin gün İstanbulda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bu onunla əlaqədardır ki, bu gün ölkədə qadağan edilmiş Kürd işçi partiyası ölkənin cənub-şərq hissəsində "müstəqil kürd dövlətinin" yaradılması uğrunda silahlı mübarizənin başlanmasının 22-ci ildönümünü qeyd edir.