...

Riçard Luqar: ABŞ Gürcüstanın NATO-ya daxil olmasına hər cür yardım və dəstək göstərəcək

Dünya xəbərləri Materials 22 Avqust 2006 16:41 (UTC +04:00)

"Mən Gürcüstanın Şimali Atlantik Alyansına inteqrasiya yolunda əldə etdiyi uğurların təsiri altındayam. Siz bu yolda böyük irəliləyişə nail olmusunuz". Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə avqustun 22-də ABŞ senatının xarici əlaqələr komitəsinin rəhbəri, senator Riçard Luqar Gürcüstanın baş naziri Zurab Noqaideli ilə birgə keçirilmiş mətbuat konfransında bəyan edib.

"Məhz buna görə ABŞ Gürcüstanın NATO-ya daxil olmasına hər cür yardım və dəstək göstərəcək".

Gürcüstan NATO-da Fərdi Tərəfdaşlıq Proqramını (IPAP) bitirib və indi təşkilata üzvlük proqramına keçməyə ümid edir. Tiflisdə yeni proqramın bu ilin payızında NATO-nun Riqa sammitində rəsmiləşdiriləcəyinə ümid edilir.

Öz növbəsində Zurab Noqaideli bəyan edib ki, NATO-ya daxil olmaq Gürcüstanın qarşıya qoyduğu başlıca məqsəddir.

Xəbər lenti

Xəbər lenti