...

Türkiyədə iki döyüş ordusunun ləğvi planlaşdırılır

Dünya xəbərləri Materials 24 Avqust 2006 18:43 (UTC +04:00)

Türkiyədə ölkənin mövcud olduğu dövr ərzində ən radikal hərbi islahat keçiriləcək. Bu islahatda iki döyüş ordusunun ləğvi və quru qoşunlarının, HHQ və HDQ-nin vahid komandanlıq altında birləşdirilməsi nəzərdə tutulub. Bu barədə CNN-Türk telekanalı xəbər verib.

"Radikal islahatın mərhələli planı dörd döyüş ordusundan ikisinin - Egey və Üçüncü ordunun yaradılmasını nəzərdə tutur. Silahlı qüvvələrin yeni strukturunda yalnız iki döyüş ordusu olacaq - Birinci və İkinci", - deyə telekanalda bildirilib.

Trend in RİA Novosti-yə istinadən xəbər verir ki, onun məlumatlarına görə, Birinci döyüş ordusunun İstanbulda yerləşən qərargahı və İkinci ordunun Türkiyənin cənub-şərqində Malatya şəhərindəki qərargahı Qərb və Şərq qoşun qruplarının Komandanlığına çevrilib. Türkiyə ərazisi iki hissəyə bölünəcək.

Telekanalın məlumatına görə, islahatda həmçinin baş qərargahın strukturunun dəyişdirilməsi və onun əsasında "mərkəzi qərargahın" yaradılması nəzərdə tutulur və quru qoşunlarının, HHQ və HDQ-nin komandanlığı bu qərargaha tabe olacaq.

Avqustun əvvəlində Türkiyə hərbi qüvvələrinin baş qərargahının yeni rəisi ordu generalı Yaşar Büyükanıt elan edib ki, türk ordusunun sayı 2014-cü ilə qədər 20-30% azaldılacaq.

"Quru qoşunlarının yeni strukturu nəzərdə tutur ki, onlar sayca az olacaq, lakin daha keyfiyyətli, sürətli, mübariz olacaq, müasir silah və hərbi texnika ilə təchiz olunacaq", - deyə onun "Müdafiə və Aviasiya" jurnalında dərc olunmuş məqaləsində qeyd olunub.

"Müasir şəraitdə quru qoşunlarının əsas məqsədləri adi risk və təhlükələrin aradan qaldırılması, istənilən şəraitdə və istənilən vaxtda fasiləsiz hərbi fəaliyyət, düşmənə nisbətən qərarın daha tez verilməsidir", - deyə türk ordusunun yeni baş komandanı qeyd edib.

Hazırda Türkiyə silahlı qüvvələri təxminən 800 min nəfərdən ibarətdir. Onların əsas növü - şəxsi heyəti təxminən 480 min nəfərdən ibarət olan quru qoşunlarıdır. Onlar dörd döyüş ordusundan, iki ayrıca ordu korpusundan, təlim və cəbhə arxası komandanlıqdan, eləcə də hərbi akademiyaların komandanlığından ibarətdir.

Dünya bankının məlumatlarına görə, NATO-da sayına görə ABŞ-dan sonra ikinci orduya malik olan Türkiyənin müdafiəsinə xərclər 11,8 milyard ABŞ dolları təşkil edir, bu, ölkə ÜDM -in 4,9%-dir.

Xəbər lenti

Xəbər lenti