Ukraynada elektrik enerjisi əhali üçün 25 faiz - 1 kVt-a görə 24,5 qəpiyə /4,85 sent/ qədər bahalaşıb. Bu qərarı iyulun 20-də Ukraynanın elektrik enerjisinin tənzimlənməsi üzrə Milli komissiyası qəbul edib.
Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu il Ukrayna əhalisi üçün elektrik enerjisinin tarifləri artıq ikinci dəfə artır. Növbəti bahalaşmanın 1 yanvar 2007-ci ildə olacağı gözlənilir.
Ukrayna energetikləri elektrik enerjisinin qiymətinin artmasını həmin sahənin ziyanla işləməsi ilə izah edir. Eyni zamanda Ukrayna qonşu ölkələrə 1 kVt-ı 2,57-dən 3,96 sentə qədər olan elektrik enerjisi ixrac edir.