...

Moskva meri: Rusiya Qərblə münasibətlərin mürəkkəbləşməsinə hazır olmalıdır

Dünya xəbərləri Materials 1 Sentyabr 2006 17:03 (UTC +04:00)

Rusiya Qərblə münasibətlərin mürəkkəbləşməsinə hazır olmalıdır. Bu barədə cümə günü Moskva meri Yuri Lujkov Moskvada Beynəlxalq universitetin tələbələrinin qarşısında "Biz və Qərb" mövzusunda mühazirə ilə çıxış edərkən bildirib.

"Biz Qərblə münasibətlərimizdə növbəti mürəkkəbləşmələrə hazır olmalıyıq", - deyə o bildirib, "Qərbin bizə münasibəti kəskin surətdə dəyişib, çünki Rusiya yenə də güc toplayır".

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, mer Moskvada "mavilərin" paradı qadağan olunduqdan sonra "o, şəhər və ölkə"nin məruz qaldığı təzyiq barədə xatırladıb.

O həmçinin qeyd edib ki, Qərbdə məqsədyönlü şəkildə Rusiyanın neqativ obrazı formalaşır. Mer Qərbdə çap edilmiş Moskva üzrə bələdçini misal gətirib.

"Bu vaxt isə 3,5 milyon əcnəbi turist bu il buradan yaxşı əhval-ruhiyyə ilə gedir", - deyə Moskva meri qeyd edib.

"Əgər Şeremetyevo yaxşı işləsəydi, bu əhval-ruhiyyə daha yaxşı olardı", - deyə Lujkov əlavə edib.

Onun sözlərinə görə, paytaxtın neqativ obrazının formalaşması - heç də "təsadüfi təzahür" deyil. Bu, Qərbdə Rusiyaya qarşı tətbiq edilən sistemin əlamətidir.

"Bütün səviyyələrdə təhsilə münasibət -dövlətin öz gələcəyinə münasibətinin göstəricisidir", - deyə mer qeyd edib.

Lujkov tələbələrə uğurlar arzulayıb və qeyd edib ki, "universitetin ən böyük kafedrası - şəhər idarəsi kafedrasıdır". "Bizim ən yaxşı gələcəyimiz var, çünki bu - Moskvadır", - deyə mer vurğulayıb.

Xəbər lenti

Xəbər lenti