...

Rusiyanın Gürcüstandakı səfirliyi bu ölkəni tərk etmək istəyənlərin siyahısını hazırlamağa başlayır

Dünya xəbərləri Materials 4 Oktyabr 2006 11:09 (UTC +04:00)

Oktyabrın 4-də Rusiyanın Gürcüstandakı səfirliyi müvəqqəti olaraq bu ölkəyə gəlmiş və hazırda vətənə qayıtmaq istəyən RF vətəndaşlarının siyahısını hazırlamağa başlayacaq.

"Rusiyanın Gürcüstandakı səfirliyi məlumat verir ki, müvəqqəti olaraq Gürcüstanda olan RF vətəndaşları geri qayıtmaqla bağlı məsələnin həlli üçün səfirliyə müraciət edə bilər". Bu barədə jurnalistlərə səfirlikdən məlumat verilib.

Rusiya oktyabrın 3-dən Gürcüstanla nəqliyyat əlaqəsini dayandırıb. Hazırda Rusiya vətəndaşları ölkəyə yalnız üçüncü dövlətlər - Azərbaycan, Ukrayna və Ermənistan vasitəsilə qayıda bilər.

Xəbər lenti

Xəbər lenti