...

Gürcüstan İranla qaz tədarükü məsələsi üzrə danışıqlara başlayır

Dünya xəbərləri Materials 20 Oktyabr 2006 16:00 (UTC +04:00)

GÜRCÜSTAN - otkrıto

Gürcüstanın energetika naziri Nika Gilauri İran qazının ölkəyə tədarükü üzrə danışıqlar aparmaq üçün oktyabrın 21-də Teharana yola düşəcək.

Nika Gilauri 10-12 oktyabr tarixlərində Bakıda səfərdə olub. Səfər zamanı o, Azərbaycanın "Şahdəniz" yatağından Bakı-Tiflis-Ərzurum boru kəməri ilə Gürcüstana qaz tədarükü üzrə danışıqlar aparıb.

Trend in Praym-Nyus-a istinadən xəbər verdiyi kimi, İran qazının Gürcüstana ixracı ilə bağlı iki ölkə arasında razılaşma əldə olunarsa, Azərbaycan qazın tranziti üçün öz ərazisini təklif etməyə hazırdır.

Bu barədə jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Hatiq Əliyev məlumat verib.

N.Gilauri ilə aparılmış danışıqlara toxunan N.Əliyev bildirib ki, danışıqların yekunları üzrə heç bir qərar qəbul olunmayıb.

Bakı KİV-nin məlumatına görə, Natiq Əliyev və Nika Gilaurinin görüşü zamanı Gürcüstanın "Şahdəniz" yatağından əlavə həcmdə qaz alması və qış dövründə Azərbaycandan bu ölkəyə elektrik enerjisinin tədarükü ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti