...

Yeni Zelandiyanın baş naziri S.Hüseynə qarşı çıxarılan ittiham hökmünün qanunauyğun olduğunu bildirib, lakin ölüm cəzasına qarşı çıxıb

Dünya xəbərləri Materials 6 Noyabr 2006 11:42 (UTC +04:00)

Yeni Zelandiyanın baş naziri Elen Klark keçmiş İraq prezidenti Səddam Hüseynə çıxarılmış ittiham hökmünü məhkəmə prosesinin ədalətli nəticəsi hesab edir. E.Klark deyib ki, İraqın Ali tribunalının S.Hüseyni bəşəriyyətə qarşı törədilən cinayətlərdə təqsirli bildiyi hökmünə heç də təəcüblənməyib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Eyni zamanda da, Yeni Zellandiyanın hökümət başçısı ölümə məhkum olunan keçmiş İraq liderinə və onun iki keçmiş silahdaşına qarşı çıxarılan hökmlə razılaşmayıb. "Mən uzun müddət ölüm cəzasına qarşı çıxış etmişəm və bu, həmişə məndə narahatçılıq yaradacaq" - bu barədə Associated Press (S) Yeni Zellandiyanın Baş Nazirinin sözlərini çatdırır.

5 noyabr 2006-cı ildə İraqın Ali tribunalı S.Hüseyni və onun iki keçmiş silahdaşını dara çəkməklə ölüm hökmünə məhkum edib. Məhkəmə onların 1982-ci ildə Ed-Duceyl kəndində 148 şiənin ölümündə əli olduğunu təsdiq edib. Silahdaşlardan biri ömürlük, üçü 15 il həbsə məhkum olunub, müttəhimlərdən birinə məhkəmə bəraət qazandırıb.

Xəbər lenti

Xəbər lenti