...

Türkiyədəki leysanlar nəticəsində 150-dən çox evi su basıb

Dünya xəbərləri Materials 6 Noyabr 2006 13:19 (UTC +04:00)

Türkiyədə ötən gecə baş verən leysanlar nəticəsində 150-dən çox evi su basıb. Üç nəfər itkin düşüb, dörd nəfər Həkkəri əyalətindəki ildırımdan yaralanıb. Bazar günü axşam başlayan çoxlu yağıntı sel axınına səbəb olub.

Torpaq və daşlarla qarışan su axını yaşayış evlərinə ciddi ziyan vurub. Su basmış tikililər də daxil olmaqla, hazırda sel nəticəsində zərər çəkmiş cəmi 300 yaşayış evi boş qalıb. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Ötən həftə bir neçə sutka fasiləsiz yağan leysan və Türkiyənin cənub-şərqindəki daşqınlar nəticəsində təxminən 40 nəfər, o cümlədən səkkiz uşaq və yeniyetmə həlak olub. Güclü sel axınları yolları dağıdıb, yaşayış evlərini su basıb. 1,5 mindən artıq yerli sakin evsiz qalıb.

Xəbər lenti

Xəbər lenti