...

ABŞ: Rusiya BMT TŞ-nin İranla bağlı qətnaməsinin layihəsinə ciddi dəyişikliklər edilməsində israrlıdır

Dünya xəbərləri Materials 14 Noyabr 2006 11:11 (UTC +04:00)

Rusiyanın BMT Təhlükəsizlik Şurasının İranla bağlı çıxardığı qətnaməyə təklif etdiyi dəyişikliklər ABŞ və onun müttəfiqlərinin məqsədlərindən uzaqdır. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Con Bolton bəyan edib. Amerikalı diplomatın sözlərinə görə, Rusiya nəzərdə tutulan dəyişiklikləri noyabrın 13-də keçirilmiş iclasda TŞ-nin müzakirəsinə çıxarıb. İclasda TŞ-nin 5 daimi üzvü və Almaniya iştirak edib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

ABŞ və Avropa ölkələrinin dəstəklədiyi qətnamənin layihəsində İranın nüvə və raket poqramlarında istifadə edə biləcəyi texnologiya və materialların bu ölkəyə tədarükünə qadağa qoyulmasını nəzərdə tutur. C.Boltonun sözlərinə görə, Rusiya sənəddə qeyd olunan materialların siyahısını xeyli azaltmağı təklif edir. O, fikir ayrılıqlarının mahiyyətini açıqlamayıb. Bununla belə, bildirib ki, Vaşinqtonda öz rəhbərliyi ilə gələcək fəaliyyətlə bağlı məsləhətləşmələr aparacaq. Bu barədə (S) Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti