...

Gürcüstanın energetika naziri Azərbaycanın qış dövründə Gürcüstana qaz tədarük etməyəcəyi barədə məlumatı təsdiq etmir

Dünya xəbərləri Materials 22 Noyabr 2006 18:48 (UTC +04:00)

Gürcüsanın energetika naziri Nikoloz Qilauri Azərbaycanın qış dövründə Gürcüstana qaz tədarük etməyəcəyi barədə bir sıra KİV-lərin verdiyi məlumatı təsdiq etmir. "Hələ məndə belə bir məlumat yoxdur, biz Azərbaycanla danışıqları və məsləhətləşmələri davam etdiririk, ona görə də mən hələ bu informasiyanı təsdiq edə bilmərəm", - deyə Qilauri bildirib. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir.

Trend in xəbər verdiyi kimi, Rusiya 2007-ci ildə Azərbaycana 1,5 mln. kubmetr qaz tədarük etmək niyyətindədir, bu isə bu ilkindən 3 mlrd. kubmetr azdır. Ekspertlərin fikrincə, bu, Gürcüstana əlavə qaz tədarükünü mürəkkəbləşdirəcək. Gürcüstan Türkiyənin qaz payının hesabına "Şahdəniz" yatağından 300 milyon kubmetr qaz alacağına ümid edirdi.

Xəbər lenti

Xəbər lenti