...

Gürcüstandan İsveçrəyə yardım 2007-2009-cu illərdə 30 mln. avro təşkil edəcək

Dünya xəbərləri Materials 13 Dekabr 2006 17:03 (UTC +04:00)

Bu gün Gürcüstanla İsveçrə arasında müqavilə imzalanıb ki, bu müqaviləyə əsasən Gürcüstana yardım daha da artırılacaq. Gürcüstan üçün ayrılmış pul vəsaitlərinin həcmi 30 mln. avro təşkil edəcək. Müqavilə maliyyə naziri Aleksi Aleksişvili və İsveçrə Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin cənubi Qafqaz ofisinin rəhbəri Mariya İsraelson arasında imzalanıb. Trend in Tiflisdəki xüsusi müxbirinin verdiyi xəbərə istinadən, nazirin sözlərinə görə, müqavilə Gürcüstanda iqtisadi islahatların effektiv keçirilməsinə, həmçinin demokratik institutların möhkəmlənməsinə kömək edəcək. Proqramda AB və Gürcüstanın qonşuluq siyasətinə əsaslanan fəaliyyət planında əks olunmuş prioritetlər müəyyənləşib. Ölkələr arasında əməkdaşlıq 1998-ci ildən bəri davam edir. 2003-2005-ci illərdə İsveçrənin yardımının ümumi həcmi 3 mln avro, bu il isə 6,3 mln avro təşkil edib. bundan əlavə, İsveçrə Gürcüstandan başqa Azərbaycan və Ermənistanın da daxil olduğu regional layihlərə 3,2 mln. avro ayırır. Bu gün isveçrə agentliyi Gürcüstanda 1
5 layihə keçirir ki, onların arasında "Demokratik idarəetmə və insan haqqları", "xalq müdafiəsi aparatı və ədliyyə nazirliyi həbs cəzası müəssisələrinin saxlanılması", "Qadın QHT lərə yardım", "kənd təsərrüfatı sahəsində iqtisadi inkişaf" var. bu gün imzalanmış müqavilə artıq təsdiq olunmaq üçün parlamentə göndərilib.

Xəbər lenti

Xəbər lenti