...

Kuba televiziyası üç ayda ilk dəfə F.Kastronu göstərib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 11:02 (UTC +04:00)

Kuba televiziyası Fidel Kastronun Venesuela prezidenti Uqo Çaveslə görüşünü göstərib. "Reuters" agentliyi xəbər verir ki, kubalılar öz prezidentinin son üç ayda ilk dəfə görüblər. 80 yaşlı lider artıq bir qədər güc toplamış, lakin yorğun görünüb. F.Kastro və U.Çavesin görüşü 2007-ci il yanvarın 29-da baş tutub. Görüş iki saat sürüb və özəl xarakter daşıyıb.

Kuba lideri 2006-cı ilin iyul ayından kütlə arasına çıxmır. "RBK"ya istinadən Trend xəbər verir ki, öz səlahiyyətlərini müvəqqəti olaraq o, kiçik qardaşı Raula verib.

Amerika kəşfiyyatının məlumatlarına görə, onda xərçəng xəstəliyi var, lakin Kuba hakimiyyəti bu faktı təkzib edir. Bir müddət öncə isə F.Kastroda cərrahiyyə əməliyyatından sonra peritonitin yaranması barədə informasiya yayılmışdı ki, bu məlumat da təkzib edildi.

Xəbər lenti

Xəbər lenti