...

Şərqi Anadoluda 1416 kəndin yolu bağlanıb

Dünya xəbərləri Materials 1 Fevral 2007 10:39 (UTC +04:00)

Şərqi Anadoluda fasiləsiz yağan qar səbəbindən 1416 kənd yolu bağlanıb.

Trend in Ankara müxbiri xəbər verir ki, əsasən Ərzurum, Qars, Tunçeli və İqdırın kənd rayonlarında yaşayış məntəqələrinə aparan yollar bağlanıb.

Ölkə meteoroloji xidmətinin məlumatına görə, ən aşağı tempratur göstəricisi Ərzurumda qeydə alınıb -26 dərəcə. Ən qalın qar örtüyü isə Aqrada müşahidə edilib - 48 santimetr.

Xəbər lenti

Xəbər lenti