Türkmənistan dövləti başçısının mətbuat xidməti xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammədov Qeldimırat Əbilovun ölkə mərkəzi bankı idarə heyətinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb.
Trend xəbər verir ki, Q.Əbilov 6 ay sınaq müddəti ilə vəzifəyə təyin edilib. Bundan başqa, prezidentin sərəncamı ilə Q.Əbilov Dünya Bankının və Asiya Bankının Türkmənistandan idarəçisi vəzifəsinə təyin edilib. Bu vəzifəyə təyin edilənə qədər Q.Əbilov Türkmənistan Dövlət İnkişaf Fondunun icraçı direktoru olub.