...

Tehran Asiya Parlament Assosiasiyasının yaradılmasında Qazaxıstanın iştirakını xahiş edib

Dünya xəbərləri Materials 1 May 2007 12:48 (UTC +04:00)

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Qazaxıstan Parlamentinin Majilis Komitəsinin beynəlxalq işlər, müdafiə və təhlükəsizlik üzrə rəhbəri Serik Abdrahmanov İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin MDB dövlətləri üzrə Baş Departamentinin direktoru Morteza Səffəri ilə görüşüb. Bu barədə Qazaxıstan Majilisinin mətbut xidmətindən məlumat verilib.

Səffəri dörd il ərzində İranın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Görüşdə qeyd olunub ki, Qazaxıstan və İran iqtisadiyyatın energetika, nəqliyyat, neft-kimya sahələrində uğurla əməkdaşlıq edir. Lakin hökumətlərarası əlaqələr lazımi qarşılıqlı münasibətlər səviyyəsinə hələ ki, malik deyil.

Bununla əlaqədar Tehran Asiya Parlament Assosiasiyasının yaradılmasını planlaşdırır və Qazaxıstandan yeni təşkilatın fəaliyyətində fəal iştirak etməsini xahiş edir.

İran həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının daimi üzvü olmaq arzusunu bildirib və Qazaxıstan paralamentarilərindən bu məsələnin həllinə dəstək göstərmələrini xahiş edib.

Xəbər lenti

Xəbər lenti