...

Yaponiyanın xarici işlər nazirinin müavini Tbilisiyə səfər edəcək

Dünya xəbərləri Materials 3 May 2007 13:22 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Mayın 3-də Gürcüstana Yaponiya xarici işlər nazirinin müavini Masakadzu Sekiquçi səfər edəcək. Bu barədə Gürcüstan XİN-dən məlumat verilib.

Səfər zamanı Yaponiya və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu ölkə Gürcüstana Tokio tərəfindən əsasən kənd təsərrüfatının inkişafı üçün qrant şəklində ayrılan maddi yardım göstərir.

Səfər çərçivəsində həmçinin Yaponiya xarici işlər nazirinin Şərqi Avropa və Qafqaz ölkələrinə bu yaxınlardakı səfəri zamanı Baltik dövlətlərin, Avropa və Qafqaz ölkələrinin demokratik birliyinin möhkəmləndirilməsini nəzərdə tutan təşəbbüsü müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti