Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Mayın 3-də Tbilisidə Avropa Birliyinə daxil olmayan "Avropa Palatası" üzv dövlətlərinin Ticarət-Sənaye Palatası (TSP) prezidentlərinin görüşü keçiriləcək. Gürcüstanın Ticarət-Sənaye palatasından verilən məlumata əsasən, görüşdə Türkiyə, Norveç, Makedoniya, Moldova, Azərbaycan, Ermənistan, Ukrayna və digər dövlətlərin ticarət-sənaye palatalarının rəhbərləri iştirak edəcək.
Görüşdə "Avropa Palatası"nın prezidenti, Fransanın Ticarət-Sənaye palatasına rəhbərlik edən Pyer Simon iştirak edəcək.
Görüşdə Ticarət-Sənaye Palatasının azad ticarət haqqında müqavilələrin reallaşdırılmasında palatanın rolu, Avropa Birliyinə daxil olmayan TSP ölkələri arasında münasibətlərin dərinləşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
Bu görüş 14-15 iyun tarixdə Tbilisidə keçirilməsi nəzərədə tutulan MDB dövlətlərinin TSP rəhbərləri Şurasının beşinci müşavirəsi ərəfəsində keçirilir.