...

Rusiya və Qazaxıstan arasında razılaşmalar nəticəsində Ukraynadan neft nəqli artacaq – Ukraynanın yanacaq-energetika naziri

Dünya xəbərləri Materials 14 May 2007 16:21 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Rusiya Federasiyası və Qazaxıstan arasında sonuncu razılaşmalar nəticəsində Ukrayna ərazisi ilə neft nəqlinin həcmi artacaq. Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko belə hesab edir. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Y.Boyko vurğulayb: "Bizim üçün bu danışıqlar səmərəlidir. Və neft Orta Asiya respublikasının əvvəl planlaşdırdığı kimi Çinə deyil, bizim ərazimizdən Avropaya gedəcək, bu bizim üçün gəlirlidir".

O proqnozlaşdırır ki, keçən cümə axşamı Astanada əldə olunmuş razılaşmalara əsasən, 2007-ci ildə Ukraynadan neft nəqlinin həcmi 12-14 mln. tonadək arta bilər.

Nazir məlumat verib ki, bu il Ukrayna ərazisindən nəql olunma 10 mln ton artırılıb və əgər danışıqlar məlumat verildiyi kimi keçibsə və sazişlər imzalanıbsa, nəqlin artırılmasını gözləmək lazımdır.

"Biz ərazimizdən neft kəmərləri vasitəsilə Avropaya təxminən 12-14 mln. tonun nəql olunacağını gözləyirik. "Drujba", Dnepryanı magistral neft kəmərləri vasitəsilə", deyə Y.Boyko bildirib.

Mayın 10-da Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinlə Astanada danışıqlar zamanı bəyan edib ki, neft-qaz sahəsində ölkələrin əməkdaşlığı strateji xarakter daşıyır. O cümlədən, o bəyan edib ki, "Qazaxıstan neftin bütün hissəsi olmasa da, böyük hissəsinin məhz Rusiya ərazisindən keçməsinə tamamilə meyllidir".

Xəbər lenti

Xəbər lenti