...

Gürcü sərhədçiləri silah-sursat anbarı aşkarlayıb

Dünya xəbərləri Materials 2 İyun 2007 15:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi/müx. Trend N.Kirtsxalia/ Gürcü sərhədçiləri Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında silah-sursat anbarı aşkar ediblər. Gürcüstan sərhəd polisindən verilən məlumata görə, anbar Şroma kəndi yaxınlığında tapılıb. Bu əməliyyatı Laqodexi sərhəd idarəsinin əməkdaşları həyata keçiriblər.

13 qumbara, 337 ədəd 7,62 mm və 152 ədəd 5,45 mm kalibrli güllə, avtomatik silah oboymları, qumbara üçün 9 detonator aşkar olunub.

Fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti