...

Gəncədə bədbəxt hadisə, xəsarət alan var

Hadisə Materials 16 Aprel 2016 22:21 (UTC +04:00)
32 yaşlı Gəncə sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Gəncədə bədbəxt hadisə, xəsarət alan var

Bakı. Trend:

32 yaşlı Gəncə sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, N. Nərimanov pr. Puşkin mənzil 16-da yaşayan Əli Rəsulov bədəninin qabırqalarının cox saylı sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardim (TTYX) xəstəxanasına gətirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdı. İlkin ehtimala ğörə Əli Rəsulov içkili vəziyyətdə kafelərdən birindən çıxarkən yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti