Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan ordusunda xristian dininə mənsub protestantlar var, ancaq onlar müharibə başlayarsa ermənilərə qarşı döyüşməyəcəklər. Trend in məlumatına görə bu fikirləri Azərbaycan islam universitetetinin rektoru Hacı Sabir Həsənli cümə günü mətbuat şurasında "Mətbuat və din" mövzusunda keçirlən konfransda bildirib.
Həsənlinin sözlərinə görə protestantlar əllərinə silah alıb döyüşməyi özləri üçün qəbul edilməz sayırlar. Ona görə də öz xaç qardaşları olan ermənilərə qarşı silahlı mübarizədə iştirak etməyəcəklər. Həsənli bildirib ki, Azərbaycanın hərbi sistemində belə məsələlər mütləq nəzərə alınmalıdır.
Hacı onu da bildirib ki, hazırda Azərbaycanda vəhabiliklə bağlı problem var, lakin bu məsələ KİV-lərdə həddən artıq şişirdilir. Həsənlinin sözlərinə görə hazırda Azərbaycanda yüzlərlə gənc vəhabiliyin, prostestantların təsiri altındadır. Lakin Həsənli hesab edir ki, beş-on il əvvəlki vəziyyətlə müqayisədə indi Azərbaycanda dini təhlükə görmür. "Vəhabilik təriqət deyil, siyasi cərəyandır. Vəhabilik öz kökü etibarilə heç vaxt dini təriqət, mənsəb olmayıb, ona görə də bu gün Azərbaycanda mövcud olan vəhabilikdə siyasi səbəblər axtarmaq lazımdır", - deyə Həsənli bildirib.