...

Həyat yoldaşımın ölməyinə səbəb Lalə Dadaşovadır-müğənni Elçin Cəlilovun həyat yoldaşı Tahirə xanım

Cəmiyyət Materials 25 Aprel 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx. TrendLife Safura/

Müğənni Elçin Cəlilovun ölümündən üç il keçsədə o, demək olar ki, unudulub. TrendLife-la müsahibəsində Elçin Cəlilovun həyat yoldaşı Tahirə xanım yerli kanallara baxmadığını söyləyib. Onun sözlərinə görə, bu kanallara baxanda, əsəb keçirir.Çünki hamı Elçin kimi sənətkarı unudub. "Heç kim Elçin kimi sənətkarı yada salmır. Hətta dostları belə onun haqqında danışmırlar. Məndə onun lent yazıları var. Onları etibarlı adamlara vermək istəyirəm. İmkanım olsaydı Elçinin sənətini yaşadardım. Onun məhşur olmasına baxmayaraq, çox yazıq insan idi. Hər iki həyat yoldaşından ayrılıb. Yaxşı ki, birinci yoldaşından 17 yaşında qızı var. Onunla tez-tez telefonla danışıram".

"Siz, Elçinin sonuncu həyat yoldaşısınız. Bəs, Lala Dadaşova ilə necə, münasibətiniz var" sualına Tahirə xanım qəzəblə cavab verdi.

"Lalə, onun evini dağıdan, ölümünə səbəb olan bir qadındır. Mən ona nifrət edirəm. Elçinin iki övladı vardı. O vaxt birinci ailəsi dağılandan sonra oğlu rəhmətə gedib".

Xəbər lenti

Xəbər lenti