...

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirilib (FOTO)

Cəmiyyət Materials 26 May 2016 17:43 (UTC +04:00)

Bakı. Trend:

Mayın 26-da Binəqədi rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor Solmaz Tohidi- Rüstəmova, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

Məlumat saatında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini V.İsmayılov Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında böyük əhəmiyyətindən bəhs edib.

Daha sonra tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova "Müstəqilliyin çətin yolu- Azərbaycan Xalq Cümhuriyyəti" adlı mövzu ətrafında mühazirə ilə çıxış etmişdir. Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirilmişdir.
Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti