...

"İnter" "Qəbələ"yə çatdı

İdman Materials 23 Noyabr 2015 18:58 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü turun son oyunu keçirilib.

Trend-in məlumatına görə, "İnter" doğma meydanda AZAL-ı qəbul edib.

Oyuna ev sahibləri fəal başlayıblar - 30-cu dəqiqədə Dieqo Martins hesabı açıb.

Əsas vaxta 5 dəqiqə qalmış Abbas Hüseynov son nöqtəni qoyub - 2:0.

Beləliklə, 13 oyundan sonra turnir cədvəlinə 32 xalla "Qarabağ" başçılıq edir. "İnter" və "Qəbələ" 23 xalla 2-3-cü yerləri bölüşürlər.

Xəbər lenti

Xəbər lenti