...

"İnter"in maliyyə vəziyyəti yaxşılaşır: futbolçular maaşlarını alıblar

İdman Materials 27 Noyabr 2015 19:47 (UTC +04:00)
"İnter" klubunun maliyyə vəziyyəti yaxşılaşır.
"İnter"in maliyyə vəziyyəti yaxşılaşır: futbolçular maaşlarını alıblar

Bakı. Trend:

"İnter" klubunun maliyyə vəziyyəti yaxşılaşır. Trend-in məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində bu gün keçirilən "Kəpəz" - "İnter" oyunundan (0:0) sonra paytaxt klubunun baş məqçisi Zaur Svanadze deyib.

Z.Svanadze əgər penaltidən yararlana bilsəydilər, hadisələrin axarının başqa cür olacağını deyib: "Ümumilikdə, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm".

O, qeyd edib ki, klubda maliyyə vəziyyəti də yaxşılaşır: "Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək".

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev isə komandasına oyunun ritmini tutduğuna görə təşəkkür edib: "Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüzlə keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. "İnter"in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq".

Onun sözlərinə görə, əsas odur ki, komandası yaxşı futbol sərgiləyir və ümidləri böyükdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti