...

"Qəbələ" autsayderə qalib gələ bilmədi

İdman Materials 30 Noyabr 2015 18:58 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
"Qəbələ" autsayderə qalib gələ bilmədi

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə "Qəbələ" doğma meydanda "Rəvan"ı qəbul edib.

Gözlənilənlərin əksinə olaraq, ilk qol "Rəvan" futbolçularından gəlib. Əsas vaxta artırılmış 5-ci dəqiqədə isə Fakundo Pereyra hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, 9 xal toplayan "Rəvan" turnir cədvəlində hələ də sonuncudur, "Qəbələ" isə 24 xalla "İnter" və "Zirə" ilə birlikdə 2-4-cü yerləri bölüşür.

Xəbər lenti

Xəbər lenti