...

Azərbaycanda sükan arxasında mobil telefonla danışan sürücülər 50 manat cərimə olunacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 İyun 2010 18:13 (UTC +04:00)
Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında "Yol hərəkəti qaydaları haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun qəbul olunub.
Azərbaycanda sükan arxasında mobil telefonla danışan sürücülər 50 manat cərimə olunacaq (ƏLAVƏ OLUNUB)

RED. əlav.: 7-ci abzasdan sonra əlavə edilib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında "Yol hərəkəti qaydaları haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun qəbul olunub.

Qanun layihəsi haqqında geniş məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov təqdim edib.

"Dəyişikliklərə görə, yaşayış zonalarında və həyətlərdə avtomobillərin hərəkət sürəti 20 km/saatadək məhdudlaşdırılır", - Hüseynov bildirib.

Bundan əvvəl qanunda yaşayış məntəqələrində sürətin yalnız 60 km/saatadək məhdudlaşdırılması nəzərdə tutulmuşdu.

Hüseynovun sözlərinə görə, dəyişikliklərə əsasən sürücü sükan arxasında mobil telefonla danışığa görə 50 manat həcmində cərimə olunacaq. Qanundakı dəyişikliklərə görə, qeyri-iş günlərində qanunu pozmuş sürücü cərimənin məbləğini yol müfəttişliyinin səlahiyyətli əməkdaşına ödəyə bilər. Müxtəlif nəqliyyat vasitələrinin idarə olunması hüququ üzrə yaş məhdudiyyətlərini nəzərdə tutan dəyişikliklərə görə, avtomobil yollarında velosiped sürmək hüqüqü 14 yaşdan az olmayan şəxslərə verilir.

Yollarda asma mühərriklərlə təchiz edilmiş mopedləri, velosipedləri və "A12 kateqoriyasından olan nəqliyyat vasitələrini yaşı 16-dan aşağı olmayan şəxslər idarə etmək hüququna malikdirlər. "A", "B" və "C" kateqoriyasından olan avtomobilləri idarə etmək hüququna 18 yaşdan az olmayan, "BE" kateqoriyası üzrə isə 19 yaşdan az olmayan şəxslər idarə edə bilərlər.

Dəyişikliklərə görə, yolun sağ hissəsi boş olduğu halda nəqliyyat vasitəsinin yolun sol tərəfinə keçməsi qadağan edilir. Bu qaydalar yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yollarında tətbiq olunacaq.

"Yol hərəkəti qaydaları haqqında" qanuna təklif olunan digər dəyişikliyə əsasən, avtomobil və avtobuslarda hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda, pəncərələrdən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Digər bir dəyişikliyə görə, taksilər avtobus dayanacağında sifariş qəbul etmək üçün dayana bilməzlər.

Hərbçilərə CE, D və DE kateqoriyalarından olan avtomobilləri idarə etmək hüququ 19 yaşdan verilir.

Xəbər lenti

Xəbər lenti