...

Bakı və Xəzəryanı ölkələrin Pravoslav Yeparxiyası kadrlara ehtiyac duyur

Cəmiyyət Materials 2 İyul 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend / Bakı və Xəzəryanı ölkələrin Pravoslav Yeparxiyası kadrlara ehtiyac duyur.

Bakı və Xəzəryanı ölkələrin yepiskopu Aleksandr çərşənbə günü Bakıda jurnalistlərə bildirib ki, Bakı və Xəzəryanı ölkələrin Pravoslav Yeparxiyasının əsas problemi kifayət qədər kadrın olmamasıdır.

Yeparxiya büdcənin artırılması məqsədilə ali kilsəyə müraciət etməyi planlaşdırır. Kilsə nəzdindəki kitabxanalar, bazar günü məktəbləri kimi əlavə tikintiləri maliyyə baxımından kifayət qədər təmin edə bilmir.

Bu gün Bakı və Xəzəryanı ölkələrin Pravoslav Yeparxiyasında təxminən 200 min şəxs ibadət edir. Azərbaycan ərazisində yeddi kilsə fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünavanı: [email protected]

Xəbər lenti

Xəbər lenti