...

Bakı-2015: "Kiçik Venesiya"da gəzinti (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 08:00 (UTC +04:00)
“Kiçik Venesiya” şəhərciyi Bakıda Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biridir.
Bakı-2015: "Kiçik Venesiya"da gəzinti (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Elçin Hüseynov/

"Kiçik Venesiya" şəhərciyi Bakıda Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biridir. İtaliyanın Venesiya şəhərini xatırladan bu şəhərcik özünün füsunkar mənzərəsi ilə paytaxta xüsusi gözəllik verir.

"Kiçik Venesiya" şəhərciyi XX əsrin 60-cı illərində Bakı bulvarında salınıb. Şəhərcik bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerinə çevrilib.

"Kiçik Venesiya" şəhərciyi 2012-ci ildə əsaslı təmirdən sonra "ikinci nəfəs" qazanıb.

Təmir-bərpa işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılıb, kanalları genişləndirilib, əlavə körpülər və iki restoran tikilib. Şəhərciyə yeni qayıqlar gətirilib. Restoranların birində müştərilərə Avropa, digərində isə Şərq mətbəxi təklif edilir.

I Avropa Oyunları ilə əlaqədar Bakıya gələcək qonaqlar paytaxtın bu gözəl guşəsinə baş çəkə və füsunkar gözəlliyi ilə gələnləri heyran edən şəhərciklə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti