...

I Avropa Oyunları ilə əlaqədar Azərbaycan və Gürcüstan sərhədçiləri əlaqələri gücləndirir

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 11:12 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın sərhəd mühafizə orqanları Birinci Avropa Oyunları ilə əlaqədar arasında əməkdaşlıq gücləndiriləcək.
I Avropa Oyunları ilə əlaqədar Azərbaycan və Gürcüstan sərhədçiləri əlaqələri gücləndirir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycan və Gürcüstanın sərhəd mühafizə orqanları arasında əməkdaşlıq gücləndiriləcək.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, iyunun 2-də DSX-nin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstan Sərhəd Polisinin rəisi general-mayor Zurab Qamezardaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə DSX ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.

Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Cari ilin iyun ayında Azərbaycanda Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti