...

Avropa oyunları Azərbaycanın tanınması üçün mükəmməl bir imkandır - İsrail səfiri

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 00:40 (UTC +04:00)
Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın dünyada tanınması üçün mükəməl bir imkandır.
Avropa oyunları Azərbaycanın tanınması üçün mükəmməl bir imkandır - İsrail səfiri

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın dünyada tanınması üçün mükəməl bir imkandır. Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Səfir Avropa oyunlarının uğur qazanacağına inandığını deyib və yaradılan şəraitə, infrastruktura valeh olduğunu bildirib.

Harpaz Avropa Oyunlarının İsraildə səbirsizliklə gözlənildiyini deyib və 2 televiziya kanalının oyunları yayımlayacağını qeyd edib.

Səfir İsraili 200 nəfərdən ibarət deleqasiya təmsil edəcəyini deyib və qeyd edib ki, ölkəni London Olimpiya Oyunlarında cəmi 60 idmançı təmsil etmişdir. Rafael Harpaz oyunların İsrail üçün əhəmiyyəti barədə danışarkən deyib: "İsrail Azərbaycanda keçiriləcək Avropa Oyunlarına dəstək verən ilk ölkələr sırasında idi."

"İsrail Azərbaycan ilə idman sahəsində geniş əlaqələrə sahibdir və Azərbaycan Olimpiya Komitələri ilə əməkdaşlığ edir. Bizim Olimpiya Komitəsi Avropa Oyunlarında 6-9 medal gözləyir", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti