...

Bu gecə Moskva prospektində “Oyunlar zolağı” yenidən rənglənəcək

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bu gecə Moskva prospektində "Oyunlar zolağı"nın yenidən rənglənəcəyi bildirilir.

"Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, daha dəqiqi "20 Yanvar" dairəsindən "Şamaxinka" deyilən əraziyədək və əksinə, prospektin "20 Yanvar" dairəsinə düşən yan yollarında "Oyunlar zolağı"nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti