...

“Coca-Cola” Azərbaycan gimnastlarına “Bakı 2015” Avropa Oyunlarında uğurlar arzuladı

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 11:57 (UTC +04:00)
“Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti ölkəmizi sözügedən mötəbər idman yarışlarında təmsil edəcək gimnastlarla görüşüb və onlara uğurlar arzulayıb.
“Coca-Cola” Azərbaycan gimnastlarına “Bakı 2015” Avropa Oyunlarında uğurlar arzuladı

Azərbaycan, Bakı, 10 iyun /Trend/

"Bakı 2015" İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca-Cola" şirkəti ölkəmizi sözügedən mötəbər idman yarışlarında təmsil edəcək gimnastlarla görüşüb və onlara uğurlar arzulayıb.

BEGOC-dan Trend-ə verilən məlumata görə, Milli Gimnastika Arenasında "Bakı 2015" İlk Avropa Oyunları ərəfəsində keçirilmiş son yoxlama məşqlərinin ardınca "Coca-Cola" şirkətinin nümayəndələri Azərbaycanı qarşıdan gələn Avropa Oyunlarında təmsil edəcək gimnastika üzrə milli yığmamızın üzvləri ilə görüşüb.

"Coca-Cola" şirkəti Azərbaycan milli yığmasının üzvlərinə uğurlar arzu edərək gimnastlara, məşqçilərə və Azərbaycan Gimnastika Federasiyası nümayəndələrinə üzərində adları və müvafiq idman növlərinin piktoqramı əks edilmiş "Coca-Cola" məhsulları təqdim edib. Görüş zamanı "Coca-Cola" şirkətinin nümayəndəsi gimnastlarımızın Avropa Oyunlarında böyük uğurlar əldə edəcəklərinə inandığını və öz qələbələri ilə insanları idmana, fəal həyat tərzinə ilhamlandıracaqlarına ümid etdiyini bildirib.

Coca-Cola ilə görüşdə Azərbaycanı "Bakı 2015" İlk Avropa Oyunlarında aerobika, bədii gimnastika, akrobatika və idman gimnastikası üzrə təmsil edəcək 20-dən çox idmançı iştirak etmişdir. Tədbir zamanı gimnastika üzrə milli yığmanın üzvləri "Coca-Cola"nın nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.

Baş tutmuş görüş "Coca-Cola" şirkətinin "Bakı 2015" Avropa Oyunlarına dəstək tədbirlərindən növbətisidir. Belə ki, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına əhalinin dəstəyini, marağını artırmaq, insanların sevinc, qürur və xoşbəxtlik hisslərini gücləndirmək üçün Olimpiya Oyunlarının və dünya miqyaslı digər idman yarışlarının ənənəvi tərəfdaşı olan "Coca-Cola" "Bakı 2015" Oyunları üçün də xüsusi tanıtım kampaniyaları keçirməkdədir.

Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında "Coca-Cola" şirkəti "Bakı 2015" reklam-çarxı və "Coca-Cola"nın Avropa Oyunlarına həsr olunmuş himnini təqdim edib. Reklam-çarxı "Coca-Cola"nın Azərbaycanda yayımlanan televiziya çarxları arasında ən kreativlərindən biridir. Video-çarx və "Coca-Cola" tərəfindən eksklüziv olaraq "Bakı 2015" üçün hazırlanmış himn İlk Avropa Oyunlarının tanınma səviyyəsinin artırılmasına xidmət edir.

Xatırladaq ki, 1928-ci ildən etibarən Olimpiya hərəkatının ən davamlı tərəfdaşı olan "Coca-Cola" dünyada bir çox digər irimiqyaslı idman tədbirlərini dəstəkləyir. Artıq ardıcıl olaraq üçüncü ildir ki, "Coca-Cola" şirkəti Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ailələr arasında fəal və sağlam həyat tərzini təbliğ edən FASA ("Fəal ailəm, sağlam aləm") proqramını planlı şəkildə inkişaf etdirir. Layihə çərçivəsində oyunlarda Bakı və Azərbaycanın digər regionlarını təmsil edən 50 mindən çox insan iştirak edib. Layihənin qalibi olmuş ailələr və fəal iştirakçılarının "Bakı 2015" Avropa Oyunlarının məşəlçisi olmaq fürsəti əldə etmələri isə FASA tarixində ən əlamətdar hadisə olmuşdur.

"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti