Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti (FOTO)

Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti  (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Bakı-2015" birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir.

Trend-in məlumatına görə, iyunun 10-da məşəl estafetinin ilk dayanacağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış və milli mədəniyyətimizin dünyaya açılan yeni pəncərəsi - Müasir İncəsənət Muzeyi olub.

Xalq rəssamı Fərhad Xəlilovun daşıdığı məşəl Azərbaycanda avanqard cərəyanlara mənsub rəssam və heykəltəraşların ötən 70 il ərzində yaratdıqları 1000-dən artıq əsəri dünyaya tanıdan nadir sənət ocağının zallarını gəzib.

Sonra məşəl Heydər Əliyev Mərkəzinə gətirilib. Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov məşəlin xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan və müasir Azərbaycanın dünyaya açılan qapısının, beynəlxalq aləmə inteqrasiyasının rəmzi olan Mərkəzlə tanışlığına bələdçilik edib. Tanınmış memar Zaha Hadidin layihəsi əsasında inşa edilən və müasir arxitektura üslubu ilə müasir Azərbaycanın və onun paytaxtı Bakının rəmzinə çevrilən Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib.

Məşəlçi Ömər Eldarov təəssüratlarını bölüşərək deyib: "Birinci Avropa Oyunları həyatımda çox önəmli hadisədir. 87 yaşım olmasına baxmayaraq, məşəli daşımağı mənə həvalə etdiklərinə görə özümü xoşbəxt sayıram. Mən və digər məşəlçilər ilk dəfə keçirilən Avropa Oyunlarının məşəlini qəbul edib daşıdığımıza görə qürur duyuruq".

Sonra məşəl Heydər Əliyev Mərkəzindən yola salınıb.

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin müşayiət etdiyi məşəlin növbəti ünvanı - Heydər Əliyev Sarayı və onun qarşısındakı park olub.

Paytaxtın sakinlərinin və qonaqlarının ən çox sevdiyi məkanlardan olan, Nizami küçəsindən Fəvvarələr meydanına qədər məsafəni məşəlçilər - ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, "Bakı-2015"-in ulduz elçisi Tahir İmanov, muğam ifaçısı Ağaxan Abdullayev qət ediblər.

Məşəli qəbul edən dünya şöhrətli yazıçı Çingiz Abdullayev Oyunların alovunu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq zamanı müşayiət edib.

Alov səyahəti komandası daha sonra Mərkəzi Parkda olub. 2013-cü ildə istifadəyə verilən və yeni istirahət məkanlarından birinə çevrilən bu məkan 7 hektar sahəni əhatə etməklə şəhər daxilində ən böyük parkdır. Burada məşəlçilər - bəstəkar Mirfaiq Sücəddinovun, şahmat üzrə qrossmeyster, ikiqat Avropa çempionu Şəhriyar Məmmədyarovun, güləşçi İlham Umayevin, veteran gimnast Elşad Nərimanovun iştirakı ilə metronun "28 May" stansiyasınadək yürüş olub. Güləş üzrə dünya çempionu Arif Abdullayev məşəllə Cəfər Cabbarlı meydanına gəlib.

Məşəlçi Vitali Rəhimov alovqoruyanların müşayiəti ilə şəhərin ən çox istifadə edilən ictimai nəqliyyatı - Bakı metropoliteninin "28 May" stansiyasından "İçərişəhər" stansiyasına qədər alov səyahətinin əsas qəhrəmanı olub.

Estafetin növbəti mərhələsində pianoçu Murad Adıgözəlzadə, idman veteranı Yaşar Məmmədov, "Bakı-2015"-in ulduz elçisi Röya Ayxan və müğənni Abbas Bağırov məşəli Filarmoniya bağından Bakı Funikulyorunadək aparıblar. Burada estafeti veteran futbolçu Kazbek Tuayev və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev davam etdiriblər.

Estafet gününün son dayanacağı məşəlçilər - veteran güləşçi Firudin Qurbanovun, veteran futbolçu Yaşar Babayevin, taekvondo üzrə dünya çempionu Radik İsayevin, London Olimpiadasının bürünc medalçısı Emin Əhmədovun, güləş veteranı Elçin Cəfərovun, ağırlıqqaldırma veteranı Məmməd Hüseynovun və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakı buxtasına və Xəzər dənizinə əsrarəngiz mənzərənin açıldığı Dağüstü park olub.

Daha sonra məşəli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti Teymur Göyçayev qəbul edib.

Sonra məşəl YARAT Müasir İncəsənət Mərkəzinə gətirilib. Məşəl Mərkəzin təsisçisi Aida Mahmudovanın müşayiəti ilə bu mədəniyyət ocağında gəzdirilib. Bu incəsənət mərkəzi istedadlı gənclərə dəstək olmaqla, onların inkişafına təkan vermək, peşəkar layihələrini dəstəkləməklə qısa müddət ərzində məşhurlaşıb.

Estafet YARAT Müasir İncəsənət Mərkəzinin yaxınlığında yerləşən ənənəvi incəsənət qalereyalarında başa çatıb.

"Bakı-2015" Əməliyyat Komitəsinin mərasimlər üzrə direktoru Katerina Uqvu məşəl estafetinin daha bir günü haqqında danışarkən deyib: "Alov səyahəti göstərdi ki, səbirsizliklə gözlədiyimiz birinci Avropa Oyunları ərəfəsində beynəlxalq standartlara uyğun inşa edilmiş yüksək səviyyəli obyektlər və tamamlanmış infrastruktur işləri ilə yanaşı, Bakı həm də yüksək milli mənəvi dəyərlərə malik mədəni dünyası, sosial mühiti, zəngin tarixi irsi ilə vəhdət yaradan gözəl şəhərdir".

Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Loading Bars
Xəbər lenti
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Ceyranbatan su kanalında batmış 18 yaşlı qızın meyiti tapılıb
ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb
Saatlıda yas mərasimi aşkar edilib
Prezident İlham Əliyev: Ermənilər nəhəng istehkam tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib
Azərbaycan nefti bahalaşır
Milli Məclisin növbəti plenar iclası başlayıb
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb
Həftəlik hava proqnozu açıqlanıb
Bərdədə ad günü keçirənlər saxlanılıb
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Dağıntılar Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan mədəniyyətinin irsini silmək üçün törədilib
Bütün xəbərlər