...

Deputat: Azərbaycana qarşı ikili standartlar yürüdənlər onun inkişafını gözü götürməyənlərdir

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 14:20 (UTC +04:00)
Azərbaycana qarşı ikili standartlar yürüdənlər onun inkişafını gözü götürməyən qüvvələrdir.
Deputat: Azərbaycana qarşı ikili standartlar yürüdənlər onun inkişafını gözü götürməyənlərdir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycana qarşı ikili standartlar yürüdənlər onun inkişafını gözü götürməyən qüvvələrdir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Avropanın tanınmış "Euronews" telekanlının Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinə qısqanclıqla yanaşmasına, bunun nəticəsi olaraq, həmin kanalın oyunların açılış mərasimi barədə məlumat yayımlamamasına münasibət bildirərkən deyib.

İdmanın sülh çarcısı olduğunu vurğulayan X.Kazımlı qeyd edib ki, bu oyunları keçirməklə Azərbaycan Avropanı həm də sülhə çağırıb: ""Biz müharibəyə, terrrora, münaqişəyə yox deyiirik. Azərbaycan bəşəriyyətin xeyrinə çağırışlar edir. Biz pis və yaxşı günləri müqayisə edərək bəşəriyyətin rifahını yaxşılaşdırmaq üçün çalışan qüvvələrdən biriyik".

Deputat I Avropa Oyunlarının açılış mərasiminin çox möhtəşəm keçdiyini, bu tədbirdən sonra ona hətta Macarıstan, Almaniyadan zəng edərək Oyunların açılışının qeyri-adi möhtəşəm olduğunu söylənildiyini açıqlayıb: "Biz belə möcüzələr göstərməklə dünyaya demək istəyirik ki, ay Avropa, ay ikili standartlarla məşğul olan qüvvələr, gəlin, Azərbaycanı kəşf edin. Turizm üçün, investisiya üçün Azərbaycana gəlin. Azərbaycan sizi işgüzar əməkdaşlığa çağırır".

Deputatın sözlərinə görə, Azərbaycana daim onun inkişafını gözü götürməyən qüvvələr daş atır: "Barsız ağaca daş atmazlar. Bar verən ağac isə həmişə belə olmalıdır. Bar verən ağacı tərifləyənlər 99 faiz olsa da, onun əleyhinə 1-2 faiz danışanlar da olmalıdır. Amma Azərbaycan rəhbərliyinin siyasətinin uğurları onu öyrədir ki, yolda gedəndə hər hürən itə daş atsaq, biz onda mənzilbaşına çata bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti