...

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 21:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib (VİDEO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı güləşçi Elvin Mürsəliyev qazanıb. Elvin finalda Serbiyalı idmançı Viktor Nemets üzərində qələbə qazanıb.

Bürünc medalların sahibləri Rusiyalı Çingiz Labazanov və Ukraynalı Dmitri Pışkov olub.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa Oyunlarında artıq 2-ci qızıl medalı qazanıblar.

Yarışların ilk günündə isə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti