...

Güləşçimiz Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazandı

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 20:11 (UTC +04:00)
Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir bürünc medal qazanıb.
Güləşçimiz Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazandı

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir bürünc medal qazanıb.

Trend xəbər ki, sərbəst güləş yarışlarında 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Cəbrayıl Həsənov Heydər Əliyev adına İdman Sarayında bürünc medal uğrunda keçirilən görüşdə bolqarıstanlı idmançı Kiril Terziyev ilə qarşılaşıb.

Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız bolqar güləşçisinə bir xal belə vermədən 9:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

74 kq
1/8 final - Mihali Nagi (Macarıstan) - Cəbrayıl Həsənov 0:10
1/4 final - Soner Demirtaş (Türkiyə) - Cəbrayıl Həsənov 5:3
Təsəlliverici görüş - Henri Selenius (Finlandiya) - Cəbrayıl Həsənov 0:11
Bürünc medal görüşü - Kiril Terziyev (Bolqarıstan) - Cəbrayıl Həsənov - 0:9

Xatırladaq ki, bu gün Cəbrayıldan başqa Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb.

Onlardan Toğrul Əsgərov (65 kq) Avropa Oyunlarının çempionu olub, Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, Avropa Oyunlarının bürünc medalını qazana bilməyib. Bir az sonra isə digər pəhləvanlarımız - Xetaq Qazyumov (97 kq) finalda bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti