...

Cəbrayıl Həsənov: "İnşallah, hələ qızıl medallar qazanacağam"

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 21:47 (UTC +04:00)
"Finala çıxmağa ümidim vardı. Azərbaycanda çempion olmaq istəyirdim. Bu dəfə alınmadı. İnşallah, hələ qızıl medallar qazanacağam".
Cəbrayıl Həsənov: "İnşallah, hələ qızıl medallar qazanacağam"

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

"Finala çıxmağa ümidim vardı. Azərbaycanda çempion olmaq istəyirdim. Bu dəfə alınmadı. İnşallah, hələ qızıl medallar qazanacağam".

Trend-in məlumatına görə, Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında 74 kq çəki dərəcəsində sərbəst güləş yarışlarında Azərbaycana bürünc medal qazandıran təmsilçimiz Cəbrayıl Həsənov deyib.

Onun sözlərinə görə, o, finalda Rusiya idmançısı ilə görüşərək Avropa çempionatının revanşını almaq istəyirmiş: "Finalda rus idmançısı ilə görüşmək istəyirdim. Onunla ötən il Avropa çempionatının finalında görüşmüşdüm. Onunla yenidən görüşmək, revanş almaq istəyirdim. Nədənsə qismət olmadı. İnşallah, gələn yarışlarda daha yaxşı hazırlaşıb yaxşı nəticələr əldə edərəm".

O, yarımfinalda Türkiyə təmsilçisinə məğlub olmasının səbəbini də açıqlayıb: "Türk idmançısını bundan əvvəl 3 dəfə görüşüb udmuşdum. Bir ay əvvəl Dünya Kubokunda məğlub etmişdim. Amma bu dəfə kiçik bir səhv uğursuzluğa gətirib çıxardı. Çalışacağam, belə səhvlərə yol verməyim".

Avropa Oyunlarının üçüncüsü qeyd edib ki, bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacaq: "Dünya çempionatında uğurlu çıxış edib, lisenziya qazanıb Olimpiya Oyunlarında çıxış etmək istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti