...

Hüquq müdafiəçisi Murad Sadəddinov: I Avropa Oyunları birmənalı olaraq müsbət nəticə verəcək

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 14:34 (UTC +04:00)
Bakıda keçirilən I Avropa Oyunları birmənalı olaraq müsbət nəticə verəcək və Oyunlar başa çatdıqdan sonra bu təcrübədən istifadə etməyə davam etmək lazımdır.
Hüquq müdafiəçisi Murad Sadəddinov: I Avropa Oyunları birmənalı olaraq müsbət nəticə verəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Bakıda keçirilən I Avropa Oyunları birmənalı olaraq müsbət nəticə verəcək və Oyunlar başa çatdıqdan sonra bu təcrübədən istifadə etməyə davam etmək lazımdır. Bunu Trend-ə müsahibəsində Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov deyib.

O bildirib: "Biz bu tədbirin Azərbaycanın beynəlxalq imici üçün vacibliyini tez-tez qeyd edirik, lakin onun xalq üçün nə qədər səmərəli olduğunu göstərmirik. Şəhərin infrastrukturu inkişaf edir, şəhər və kommunal xidmətlərin əməkdaşlarının mədəniyyəti dəyişir. Təlimlər keçirilir və artıq ictimai nəqliyyatın işə başlamış təqribən min sürücüsünə təlim keçirilib. Avtobuslarda yol-hərəkət qaydalarını pozmayan, mehriban və çalışqanlıqla geyinmiş sürücüləri görmək xoşdur".

M.Sadəddinovun sözlərinə əsasən, bu tədbirə cəlb edilmiş Azərbaycanın bütün vətəndaşları yaxşı, peşəkar biliklər əldə edəcək, yüzlərlə gənc könüllü həyatlarında ilk dəfə olaraq belə irimiqyaslı tədbirdə iştirak təcrübəsi qazanacaq.

Azərbaycana qarşı kəskin əhval-ruhiyyədə olan şəxslərə gəlincə, M.Sadəddinov qeyd edib ki, nə isə çox görkəmli bir şey edəndə xeyirxah insanlarla yanaşı, həmişə skeptik köklənənlər də olacaq: "Heç olmasa 2012-ci il London Olimpiadasından əvvəli xatırlayaq. Bu Olimpiada ilə bağlı KİV-də xeyli sayda tənqidlər var idi, bəzi hesablamalara görə təqribən 3 min məqalə. Ən əsası odur ki, Azərbaycan cəmiyyəti tam olaraq Oyunları dəstəkləyir və onların Bakıda özü də yüksək səviyyədə keçirilməsinə görə fəxr edir. Getdikcə hər şey öz yerinə oturur və bədxahların isterikası heçə enir. Hətta "Euronews" telekanalı əvvəlcə Avropa Oyunlarına məhəl qoymamağa çalışırdı, lakin artıq bu telekanalda hər xəbər buraxılışı Bakıdan xəbərlərsiz ötüşmür".

O əlavə edib ki, insan haqları məsələlərinin belə qarşılıqlı əlaqəsi və Azərbaycanı tənqid etmək üçün istənilən imkanı istifadə edən şəxs və təşkilatların bunda fəal iştirakı belə xarakterli mövcud problemlərin heç vaxt həllinə gətirib çıxarmayacaq: "İnanın ki, hökumət və yerli hüquq müdafiəçiləri arasında dialoqların səmərəliliyi, kənardan hökumətə təzyiq cəhdlərindən daha çox nəticə verir. Hazırda azadlıqda olan amnistiyaya düşənlər azadlığı xarici təzyiq vasitəsilə deyil, məhz yerli hüquq müdafiəçilərinin hökumətlə səmərəli, bəzən monoton, lakin məqsədyönlü işi sayəsində qazanıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti