Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Elçin Mehdiyev/
"Gimnastikanı çox bəyənirik. Bu gün də bu yarışlara nəvəmlə birgə baxmağa gəlmişik. Nəvəm də gimnastikanı çox bəyənir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş azarkeş Məlahət Hüseynova deyib.
M.Hüseynova Azərbaycanda bu cür yarışların keçirilməsinin sevindirici hal olduğunu bildirib: "Çox sevinirik ki, ölkəmizdə belə böyük yarışlar keçirilir. Allah dövlətimizin başçısı İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya cansağlığı versin ki, bizim üçün bu imkanı yaradıblar, Azərbaycanda belə böyük idman tədbiri keçirilir və artıq xaricə getmədən bizim ölkəmizdə də bu şərait var. Baxın, nə gözəl Milli Gimnastika Arenamız var. Bu, həm şəhərə gözəllik verir, həm də balalarımızın sağlam böyüməsinə xidmət edir. Biz buna görə özümüzü çox xöşbəxt hesab edirik".
O, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərildiyini qeyd edib: "Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin zamanında başladı və bu gün də onun davamçıları idmanı inkişaf etdirirlər. Biz sevinirik ki, bu gün ölkəmizdə idman belə inkişaf edir".
Azarkeş: Prezident İlham Əliyev və xanımı Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradıblar
"Gimnastikanı çox bəyənirik. Bu gün də bu yarışlara nəvəmlə birgə baxmağa gəlmişik. Nəvəm də gimnastikanı çox bəyənir".
